3 rayonda işıq olmayacaq

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Gununsesi.info xəbər verir ki, saat 10:00-dan 13:00-dək Yasamal rayonunun Məhəmməd Naxçıvani, Fuad İbrahimbəyov, İbrahim Əbilov, Abdulla Şaiq küçələri, Nizami rayonunda Keşlə qəsəbəsi, Qara Qarayev prospekti və Əli Vəliyev küçəsində, Mərdəkan qəsəbəsinin (Xəzər rayonu) Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi, Ramin Qasımov küçələrində işıq olmayacaq.

Gununsesi.info