“Uşaqlar üçün ən mühüm hüquqlardan biri təhsil almaq imkanının təmin olunmasıdır. Bu hüququn səmərəli həyata keçirilməsi həm ailələrin, həm də dövlətin gələcək inkişafına birbaşa təsir göstərir”.
Bu fikri Gununsesi.info -ya açıqlamasında təhsil eksperti, dosent İlham Əhmədov deyib.
O əlavə edib ki, son illərdə təhsil sistemində repetitorluğa artan meyil məktəblərin əsas roluna təsir edən məsələlərdən biri kimi qiymətləndirilir.
“Elm və Təhsil Nazirliyi qarşısında duran əsas vəzifələrdən biri bu sahədə yaranan problemlərin aradan qaldırılması və məktəbin cəmiyyət üçün əsas təhsil mərkəzi kimi gücləndirilməsidir”,-deyə dosent vurğulayıb.
İlham Əhmədov qeyd edib ki, tədris materiallarının keyfiyyəti, məktəb mühitinin səmərəliliyi və ali təhsil müəssisələrinin inkişafı bu istiqamətdə diqqət tələb edən məsələlər sırasındadır:
“Bu problemlərin həlli üçün sistemli yanaşma, uzunmüddətli planlaşdırma və ardıcıl islahatlar vacib hesab olunur”.
Günay












