Bu gün Xalq şairi Süleyman Rüstəmin yeganə oğlu, filologiya elmləri namizədi, Azad Rüstəmzadə 80 yaşında vəfat edib.
Gununsesi.info xəbər verir ki, o, ailənin yeganə övladı idi.
A.Rüstəmzadə 1946-cı ildə doğulmuşdu. 1968-ci ildə Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Uzun müddət Azərbaycan Elmlər Akademiyasında çalışıb. 1989–2009-cu illərdə Milli Məclisdə beynəlxalq şöbədə baş məsləhətçi işləyib. Ailəlidir, iki övladı var.













