“İsrailin bu addımı bölgədə dəyişən vəziyyətlə bağlıdır”

“İsrailin qondarma ” Erməni soyqırımı ” məsələsini rəsmən tanıyacağı əslində gözlənilən idi. İlk növbədə burda əsas məsələ regionda geosiyasi vəziyyətin dəyişməsidir. Ermənistanda parlamentində seçkilərində Nikol Paşinyan qalib gəldikdən sonra artıq bu ölkənin Qərbə doğru inteqrasiya prosesi ciddilik qazanır”.

Gununsesi.info bildirir ki, bu fikirləri politoloq Zeynal Əmrəliyev deyib:

“Paşinyan bunun üçün Qərbdəki erməni diasporunun dəstəyindən geniş istifadə etməlidir. Necə ki, ölkədə kilsə və Rusiya bağlı qruplar sıradan çıxarılır, eyni zamanda Qərbə bağlı şəxslər və qrupların da mövqeyi güclənəcək. Heç təsadüfi deyil ki, Ermənistanda Qərbin 1 nömrəli adamı hesab edilən, tez – tez Rusiya rəsmiləri, o cümlədən bu ölkənin XİN mətbuat katibi Mariya Zaxarova və keçmiş prezidenti Dmitri Medvedevlə söz savaşına girən parlamentin sədri Alen Simonyanın Ermənistanın yeni prezidenti olacağı deyilir. Simonyanın qabağa verilməsi şübhəsiz ki, Qərbin istəyidir və Paşinyan bunu onlara xoş gəlmək üçün edir.

Bu məsələnin indiki mərhələdə irəli çıxması isə daha çox Qərbdəki erməni və yəhudi lobbilərinin işbirliyini gücləndirmək məqsədi daşıyır. İndiyə qədər ABŞ – da olan 2 güclü lobbi təşkilatından yəhudi lobbisi respublikaçıları, erməni lobbisi isə demokratları dəstəkləyirdi. Bu dəstək isə daha çox maddi xarakter daşıyırdı. Bu pulun miqyası o qədər böyükdür ki, ABŞ Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosi və NATO – nun keçmiş baş katibi Andres Foq Rasmussen kimi şəxslər vəzifədən getdikdən sonra belə erməni diasporunun sadiq xidmətçilərinə çevrildilər. Trampın 2 diasporu barışdırmaqda məqsədi müxalifətə gedən bu maliyyə mənbələrini qapatmaqdır.

Digər mühüm əhəmiyyətli məsələ isə Ermənistan iqtisadiyyatında Rusiyanın payının yəhudi iş adamlarına ötürülməsidir. Ehtimal ki, biz yaxın vaxtlarda Donald Trampın ətrafındakı yəhudi əsilli iş adamlarının Ermənistanda müxtəlif lahiyyələrinin şahidi olacağıq.

Məsələnin üçüncü tərəfi isə əlbətdə ki Ermənistan ərazisindən İrana qarşı istifadədir. Netenyahu hökuməti əlaqələri inkişaf etdirməklə İrəvanı özündən minnətçi hala salmaq və növbəti toqquşma zamanı İrana qarşı müəyyən həmlələr etmək məcburiyyətində qalacaq. İstənilən halda, top hazırda Nikolun meydanindadır. Onun bu şirinliklərəmə aldanıb verəcəyi hansısa bir səhv qərar isə təkcə Ermənistanı yox, bütün regionu fəlakətə apara bilər”. 

 

 

 

Gununsesi.info