Təhsil eksperti Etibar Əliyev Xocalı və XX əsr faciələri ilə bağlı mübahisəli fikirlər səsləndirib.
Gununsesi.info-nun xəbərinə görə, Etibar Əliyev XX əsr faciələri, Xolokost və Xocalı soyqırımı ilə bağlı açıqlama verərək müxtəlif tarixi hadisələrə dair fəlsəfi və ictimai yanaşmaları xatırladıb.
O, alman filosofu Teodor Adornonun “Osvensimdən sonra artıq şeir yazmaq mümkün deyil” fikrinə və yazıçı Haynrix Böllün buna cavab olaraq söylədiyi “Osvensimdən sonra yaşamaq özü bir seçimdir” məzmunlu düşüncələrinə istinad edib.
Əliyev Xocalı faciəsindən sonra Azərbaycan cəmiyyətində yaranmış sarsıntı və mənəvi travmaya da toxunaraq, bu hadisənin uzun illər yaddaşlarda dərin iz buraxdığını qeyd edib.
O, həmçinin İsrail hökumətinin erməni soyqırımı ilə bağlı mövqeyinə dair müzakirələrə münasibət bildirərək bu məsələnin beynəlxalq siyasi və tarixi diskursda mübahisəli xarakter daşıdığını vurğulayıb.
Etibar Əliyevin açıqlamalarında erməni xalqı və tarixlə bağlı səsləndirdiyi bəzi sərt qiymətləndirmələr isə ictimai müzakirələrə səbəb olub. Onun bəyanatlarında bu mövzu ilə bağlı kəskin və tənqidi ifadələr yer alıb ki, bu da müxtəlif baxışların toqquşduğu həssas tarixi məsələlərdən biri kimi qiymətləndirilir.
Qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyi Knessetdə müzakirəyə çıxarılmış qondarma “erməni soyqırımı”nın tanınmasına dair qanun layihəsinin əleyhinə çıxış edib.
Elmar











