Pensiya və müavinətlərlə bağlı rəsmi məlumat açıqlandı

Azərbaycanda sosial təminat sisteminin rəqəmsallaşması vətəndaşların işini xeyli asanlaşdırır. Cari ilin ilk beş ayında minlərlə şəxs sosial ödənişlərlə təmin olunub.

Gununsesi.info  xəbər verir ki,  Dövlət Sosial Müdafiə Fondu yanvar-may aylarında elektron sistem vasitəsilə 81 053 təyinat aparıb.

Məlumata görə rəqəmsal infrastruktur üzərindən həyata keçirilən bu proses tam proaktiv xarakter daşıyır. Yəni vətəndaşların idarələrə getməsinə və sənəd toplamasına ehtiyac qalmır. Təyinatların böyük hissəsini müavinətlər təşkil edir.

Rəsmi statistikaya əsasən hesabat dövründə 54 961 müavinət rəsmiləşdirilib. Elektron sistem vasitəsilə həmçinin 18 932 pensiya təyinatı reallaşıb. Qalan 7 160 halda isə vətəndaşlara təqaüdlər təyin edilib.

Gununsesi.info