Nyu-York səmasında təyyarə dronla toqquşub

  • By Admin2
  • 30 İyun 2026 17:08

Nyu-York şəhəri üzərində JetBlue sərnişin təyyarəsi dronla toqquşub.

Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.

Hadisə 29 iyun səhəri baş verib. Con Kennedi adına hava limanına eniş zamanı pilotsuz təyyarə təyyarənin kabinəsinə çırpılıb. Pilotlar təcili olaraq dispetçerə xəbər veriblər. Təyyarə təyinat yerinə təhlükəsiz şəkildə eniş edib.

Nəşr həmçinin Federal Aviasiya Administrasiyasının (FAA) hadisə ilə bağlı araşdırma başlatdığını bildirir. JetBlue təyyarənin zədələnmədiyini və heç bir sərnişinin xəsarət almadığını bildirib.

Maqsud

Gununsesi.info