Rusiyada xaricdən velosiped satışları artıb

Rusiyada xaricdən sifariş edilən velosipedlərə tələbat artıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, iyunda xaricdən alınan velosipedlərin satışı may ayı ilə müqayisədə 131 faiz, əldə olunan gəlir isə 263 faiz artıb.

Ən çox sifariş edilənlər dağ velosipedləri olub. Onları şose və qatlanan velosipedlər izləyib.

Almaniyanın Cube markası satışlarda ilk yeri tutub. Ondan sonra Canyon və Scott markaları qərarlaşıb.

Araşdırma müəlliflərinin qənaətinə görə, tələbatın artması təkcə yay mövsümünün başlanması ilə deyil, həm də alıcıların velosipedi şəxsi nəqliyyata uyğun seçim kimi görməsi ilə bağlıdır.

 

 

Günay

Gununsesi.info