Nəriman Həsənzadə hələ də reanimasiyadadır

  • By Admin2
  • 06 İyul 2026 13:43

Xalq şairi Nəriman Həsənzadə hələ də reanimasiyadadır.

Bu barədə Gununsesi.info-ya müalicəsi Mərkəzi Klinikada aparılan şairin köməkçisi, Əməkdar incəsənət xadimi Arif Mehmandost məlumat verib.

“Nəriman Həsənzadənin müalicəsi hələ də Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır-stabil olaraq qalsa da, ümumilikdə müsbətə doğru irəliləyiş müşahidə olunur”, – o deyib.

Xatırladaq ki, 95 yaşlı N.Həsənzadə iyunun 26-sı xəstəxanaya yerləşdirilib. (Qafqazinfo.az)

Gununsesi.info