“Avropada dəyişən təhlükəsizlik mühiti fonunda Türkiyə ilə əməkdaşlığın əhəmiyyətinin artıb”.
Gununsesi.info xəbər verir ki, bu sözləri siyasi şərhçi Mürtəza Bünyadlı deyib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə gərginlik, Qara dəniz regionundakı risklər və ABŞ-ın Avropadakı roluna dair qeyri-müəyyənlik Avropa ölkələrini yeni təhlükəsizlik tərəfdaşlıqları axtarmağa sövq edir.
O, həmçinin qeyd edib ki, Türkiyənin geostrateji mövqeyi, müdafiə sənayesində əldə etdiyi nailiyyətlər və Balkanlar, Qafqaz, Yaxın Şərq və Qara dəniz bölgələrində aktiv rolu Ankaranı Avropa üçün vacib təhlükəsizlik aktoruna çevirir.
Politoloqun fikrincə, NATO-nun Ankarada keçiriləcək zirvə toplantısı Türkiyə ilə Avropa arasında təhlükəsizlik əməkdaşlığının genişlənməsi və Ankaranın beynəlxalq geosiyasi mövqeyinin daha da güclənməsi baxımından əhəmiyyətli platforma olacaq.
Elmar











