Kreml Çinin raket sınaqlarını dəstəkləyib

  • By Admin2
  • 06 İyul 2026 14:58

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bunu Çin Xalq Respublikasının raket sınaqları keçirmək üçün suveren hüququ adlandırıb.

Gununsesi.info-nun xəbərinə görə, Kremlin sözçüsü bildirib ki , “Biz inanırıq ki, raketlərini sınaqdan keçirmək və hərbi inkişafla məşğul olmaq Çinin suveren hüququdur”.

Çin Müdafiə Nazirliyi bildirib ki, ölkə ordusu iyulun 6-da sualtı qayıqdan maketi döyüş başlığı olan strateji raketi uğurla sınaqdan keçirib.

Maqsud

Gununsesi.info