Rusiya ordusunun Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirməsi nəticəsində dəyən ziyan müəyyənləşdirilir.
Gununsesi.info bildirir ki, bu barədə Azərbaycanın rəsmi AZƏRTAC agentliyi məlumat yayıb.
“SOCAR Energy Ukraine” şirkətindən verilən xəbərə görə, iyulun 5-də axşam saatlarında Nikolayev vilayətində yerləşən obyektə dron hücumu olub və ərazidə güclü partlayış baş verib.












