Kəlbəcərdə yeniyetmə çaya düşdü

  • Müəllif: Firuzə
  • 12 İyul 2026 22:26

Kəlbəcərdə bədbəxt hadisə baş verib.

Gununsesi.info xəbət verir ki, hadisə rayonun Çəpli kəndi ərazisində qeydə alınıb.

Belə ki, 2015-ci il təvəllüdlü Z. Abutalıbov çaydan su götürmək istəyərkən çaya düşüb.

Dərhal hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Hazırda yeniyetmənin axtarışları davam etdirilir.

Faktla bağlı araşdırma aparılır (APA).

Gununsesi.info