Bakıda dünəndən güclü külək nəticəsində 48 ağac sındı — FOTOLAR

  • Müəllif: Firuzə
  • 28 İyul 2026 10:15

Bakıda iyulun 27-i əsən güclü külək nəticəsində 28-i səhər saatlarına qədər paytaxt ərazisində 48 ağac, 63 ağac budağı sınıb.

Bu barədə Gununsesi.info-nun sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyindən məlumat verilib.

Bildirilib ki, Birliyin briqadaları tərəfindən operativ şəkildə sınan ağacların kəsilməsi, sınan budaqların budanmasını təmin ediblər.

 

Gununsesi.info