Almaniya Federativ Respublikasının Azərbaycanda təyin olunmuş yeni səfiri Dirk Lölke bu gün etimadnaməsinin surətini xarici işlər naziri Ceyhun Bayramova təqdim edib.
Gununsesi.info xəbər verir ki, bu barədə adıçəkilən ölkənin səfirliyinin məlumatında deyilir.
“Prezident İlham Əliyevin Berlinə səfərindən, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və Federal Kansler Fridrix Merts ilə keçirdiyi görüşlərdən bir həftə sonra baş tutan bu görüş Almaniya ilə Azərbaycan arasında mövcud olan möhkəm ikitərəfli münasibətləri bir daha vurğulamaq, eləcə də siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində qarşılıqlı marağı təsdiqləmək üçün növbəti mühüm fürsət oldu”.
Firuzə Mahmudova
Gununsesi.info









