Yay aylarında havanın isti keçməsi və günəş şüalarının təsirinin artması dəriyə xüsusi qulluq tələb edir.
Bu dövrdə düzgün dəri baxımı həm quruluğun, həm də müxtəlif dəri problemlərinin yaranma riskini azalda bilər.
Bəs yay aylarında üz dərisinə necə qulluq edilməlidir?
Mövzu ilə bağlı Gununsesi.info–ya kosmetoloq Aygün Əliyeva bildirib ki, yay aylarında üz dərisi daha çox tər ifraz etdiyi üçün onun mütəmadi təmizlənməsi vacibdir.
Onun sözlərinə görə, üz gündə iki dəfə dəriyə uyğun təmizləyici vasitə ilə yuyulmalıdır:
“Günəş şüalarından qorunmaq üçün hər gün qoruyucu kremdən istifadə edilməlidir.Bu krem yalnız dəniz kənarında deyil, gündəlik həyatda da istifadə olunmalıdır. Yayda ağır tərkibli bəzək vasitələrindən mümkün qədər az istifadə etmək daha məqsədəuyğundur. Kifayət qədər su içmək dərinin sağlam görünüşünü qorumağa kömək edir”.
Kosmetoloq əlavə edib ki, mövsümi meyvə və tərəvəzlərin qəbulu dəriyə müsbət təsir göstərir. O sonda tövsiyə edib ki, dəridə ləkə, qızartı və ya digər dəyişikliklər müşahidə olunduqda vaxt itirmədən mütəxəssisə müraciət edilsin.
Firuzə












