Küveyt ölkədəki yeganə İran məktəbini bağladı

  • Müəllif: Firuzə
  • 06 Avqust 2026 20:41

Küveyt hökuməti ölkədə fəaliyyət göstərən yeganə İran məktəbinin bağlanmasına qərar verib.

Gununsesi.info bu barədə “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir.

Bildilir ki, Küveytin təhsil naziri İran özəl məktəbinin təhsil lisenziyasının ləğvi və fəaliyyətinin dayandırılması barədə fərman imzalayıb. Lakin qərarın qəbul edilməsinin səbəbləri açıqlanmayıb.

Qərara əsasən, qarşıdakı tədris ili üçün məktəbə yeni şagird qəbulu dayandırılıb. Təhsil Nazirliyi valideynlərə övladlarını digər məktəblərə köçürmələri barədə müraciət edib.

Küveyt bölgədə ABŞ-nin hərbi bazalarının yerləşdiyi ölkələrdən biridir. İran rəsmiləri daha əvvəl bildirmişdilər ki, son müharibə zamanı bu bazalardan İrana qarşı əməliyyatlar üçün istifadə olunub və sonradan həmin obyektlər İranın cavab zərbələrinin hədəfinə çevrilib.

Gununsesi.info