Çeçenistan rəhbəri Ramzan Kadırov növbəti rəhbər seçkilərində namizəd kimi qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Çeçenistanın Seçki Komissiyası məlumat yayıb.
Bildirilib ki, Kadırovun namizədliyi “Vahid Rusiya” Partiyasının regional bölməsi tərəfindən irəli sürülüb. O, seçkilərdə iştirak üçün tələb olunan sənədləri iyul ayında təqdim edib.
Qeyd edək ki, Çeçenistanda rəhbər seçkiləri sentyabrın 20-də keçiriləcək.












