Bakıda vəzifəli şəxsin meyiti tapıldı - FOTO

  • Müəllif: Firuzə
  • 07 Avqust 2026 11:53

Bakıda mənzildən meyit tapılıb.

Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dünən saat 21 radələrində Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi 31-də yerləşən binadakı evlərin birində baş verib.

Saatlı rayon sakini 1991-ci il təvəllüdlü Xubayar Ehtibar oğlu Rüstəmzadənin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı mənzildə aşkar edilib.

Qeyd edək ki, X.Rüstəmzadə ölkədə tanınmış banklardan birinin bölmə rəhbəri olub. O, həm də Azərbaycan Banklar Assosiasiyasının (ABA) eksperti kimi tanınıb.

Bakıda vəzifəli şəxsin meyiti tapıldı

Gununsesi.info