Qalibaf Trampın təhdidlərinə cavab verib: qurtarın bu teatrı!

  • Müəllif: Orxan
  • 07 Avqust 2026 12:29

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ölkəsinin xarici təzyiqlərə boyun əyməyəcəyini bəyan edib. 

Gununsesi.info xəbər verir ki, o bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Qalibaf bəyanatında mümkün hücumlar və danışıqlarla bağlı səsləndirilən açıqlamaları “təkrar olunan teatr diplomatiyası” adlandırıb.

“Təhdidlərdən, yerinə yetirilməyən vədlərdən və saxta xəbərlərdən təzyiq vasitəsi kimi istifadə uğursuz strategiyadır. Reallığı qəbul edin və öhdəliklərinizi yerinə yetirin. Bizə daha çox teatr lazım deyil”, -deyə o vurğulayıb.

İran parlamentinin sədri bildirib ki, ölkəsi təzyiq siyasəti qarşısında geri çəkilməyəcək.

Gununsesi.info