Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.
Gununsesi.info xəbər verir ki, ölkə başçısı bu barədə Trampla avqustun 8-də baş tutan telefon danışığı zamanı bildirib.
Dövlətimizin başçısı bunu ölkəmizə olan xoş münasibətin təzahürü kimi qiymətləndirib.
Telefon danışığı zamanı Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.












