Bəşər Əsəd haqqında ölüm hökmü çıxarıldı

  • Müəllif: Orxan
  • 11 Avqust 2026 13:31

Suriya məhkəməsi sabiq prezident Bəşər Əsədi bəşəriyyətə qarşı cinayətlərdə təqsirli bilib və qiyabi ölüm hökmü çıxarıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

Digər təfərrüatlar açıqlanmır.

Bu arada, “Al-Hadath” telekanalının məlumatına görə, məhkəmə onun qardaşı Mahir və xalası oğlu Atif Nəcibi də qəsdən adam öldürmə və işgəncə verməkdə təqsirli bilib.

“Məhkəmə həmçinin Mahir əl-Əsədi qəsdən adam öldürmə, işgəncə vermə və təhrikçilikdə təqsirli bilib və onu ölüm cəzasına məhkum edib”, – telekanal qeyd edir.

Qeyd edək ki, Bəşər Əsəd Suriyada başçılıq etdiyi rejimin silahlı çevriliş zamanı devrilməsindən sonra 2024-cü ilin dekabrında ailəsi ilə birlikdə Rusiyada sığınacaq alıb.

Gununsesi.info