Ukraynalı səfir İlham Əliyevə təşəkkür etdi

  • Müəllif: Orxan
  • 17 Avqust 2026 14:36

“Azərbaycan Prezidenti İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev X sosial səhifəsindəki paylaşımında yazıb.

“Azərbaycanın İrpinə sarsılmaz dəstəyi arasında möhkəm tərəfdaşlıq, həmrəylik və dostluq mövcuddur.
Ukrayna ilə çiyin-çiyinə dayandığınız üçün cənab Prezidentə və Azərbaycan xalqına təşəkkür edirəm”, – deyə Qusev qeyd edib.

Gununsesi.info