Əhalinin sayı açıqlandı

Azərbaycanda əhalinin sayı açıqlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

İlin əvvəlindən ölkə əhalisinin sayı 11099 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il iyul ayının 1-i vəziyyətinə 10273450 nəfərə çatıb.

Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

 

Gununsesi.info