Putin ŞƏT sammitində iştirak edəcək

  • Müəllif: Firuzə
  • 21 Avqust 2026 19:23

Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Prezidentin iştirakı planlaşdırılıb, bu doğrudur”, – o, jurnalistlərə bildirib.

Qeyd edək ki, ŞƏT-in dövlət başçılarının iştirakı ilə keçiriləcək sammit 31 avqust-1 sentyabr tarixlərinə planlaşdırılıb.

Gununsesi.info