Prokurorluq Kürdəmirdəki zəhərlənmə ilə bağlı araşdırma aparır

  • Müəllif: Orxan
  • 01 Oktyabr 2026 11:43

Kürdəmirdəki kütləvi zəhərlənmə ilə əlaqədar rayon prokurorluq araşdırma başladıb.

Bu barədə Gununsesi.info-nun sorğusuna cavab olaraq, Baş Prokurorluqdan bildirilib.

“Sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 92 nəfərin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş şəxslərə zəruri ilkin tibbi yardım göstərilib və onlar ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb”,-deyə Prokurorluqdan qeyd edilib.

Gununsesi.info