Süni intellekt vasitəsi ilə yeni ədəbiyyat portalı yaradılıb

  • Müəllif: Firuzə
  • 01 Oktyabr 2026 20:35

Alik Əlioğlu yeni ədəbiyyat portalı yaradıb.

Gununsesi.info xəbər verir ki, şair Alik Əlioğlu uzun müddətdir üzərində çalışdığı yeni ədəbiyyat portalını təqdim edib.

“Paranoyya – İstedadsızların qorxduğu yer” adlanan platforma bütün istifadəçilər üçün açıqdır.

Şairin sözlərinə görə, saytda müəlliflər öz mətnlərini yerləşdirə, əsərlərinin təhlilini sifariş edə və müsahibə verə bilərlər.

Yoxlanışdan keçən materialların qısa müddət ərzində dərc olunacağı bildirilib.

Portalın diqqətçəkən imkanlarından biri də radio bölməsidir.

Müəlliflər öz şeirlərini səsləndirərək onları portalın radio efirinə təqdim edə bilərlər.

Alik Əlioğlu radionun dünyanın müxtəlif yerlərindən dinlənildiyini və gündəlik yüzlərlə dinləyicisinin olduğunu qeyd edib.

Şair layihənin kommersiya məqsədi daşımadığını xüsusi vurğulayıb:

“Mənim burda xərcim var, qazancım yoxdur. Bəzi dostlar elə bilir ki, sayta girsələr, mətnlərini yerləşdirsələr mənə xeyir vermiş olacaqlar. Vallah, sizin üçün açmışam”.

Əlioğlu ədəbiyyatla maraqlananları portalda mətnlərini paylaşmağa, radio imkanlarından yararlanmağa və layihənin inkişafına dəstək verməyə çağırıb.

Orxan

Gununsesi.info