Vətəndaş İrşaddan narazıdır: “Bir sözlə, yola verirlər”

Vətəndaş İrşad şirkətinin müştərilərə göstərdiyi xidmətlə bağlı şikayət edib.

Gununsesi.info xəbər verir ki, bu barədə o sosial şəbəkədə paylaşım edib:

“1500 manatlıq Xiaomi markalı telefon almışam. İstifadənin 10-cu ayında telefon işlədiyi yerdə qəfildən söndü və bir daha açılmadı. 100 faiz zavod defektidir. Ya təmir etməlidirlər, ya da yenisini verməlidirlər.

Telefonu sentyabrın 11-də Xətai metrosunun arxasındakı rəsmi mağaza və servislərinə apardım. Qəbul etdilər və dedilər ki, 14 gün ərzində baxılacaq. Artıq 21 gün keçib. Dəfələrlə zəng edirəm, deyirlər ki, Xiaomi-nin rəsmi servisindədir, məlumatımız yoxdur.

Bütün operatorlar yalandan müraciəti qeydə alırlar, amma əlaqə saxlayan yoxdur. Bir sözlə, yola verirlər, müştərini və şikayətini vecinə almırlar.

Dərdimizi kimə deyək?”

 

Gununsesi.info olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

Günay

Gununsesi.info