Türkiyədə zəlzələ oldu - YENİLƏNİB

  • Müəllif: Firuzə
  • 04 Oktyabr 2026 21:52

Türkiyənin Adana vilayətinin Saimbeyli rayonunda bu gün sayca 4-cü dəfə zəlzələ baş verib.

Gununsesi.info-nun Türkiyə bürosu xəbər verir ki, bu barədə Kandilli Rəsədxanası məlumat yayıb.

Sonuncu zəlzələnin şiddəti 4,4 bal olub.

Adana valiliyinin məlumatına görə, dağıntı və tələfat qeydə alınmayıb.

***

15:58

Türkiyədə ard-arda 3 zəlzələ baş verib

Gununsesi.info-nun Türkiyə bürosu xəbər verir ki, sonuncu hadisə Türkiyənin Osmaniyə vilayətində baş verib. Orada 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

***

15:31

 

Türkiyənin Adana vilayətinin Saimbeyli rayonunda 4,8 bal gücündə zəlzələ qeydə alınıb.

Gununsesi.info-nun Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerin 7,99 km dərinliyində baş verib.

Gununsesi.info