Azərbaycan neftinin qiyməti 125 dolları ötdü

  • Müəllif: Firuzə
  • 08 Oktyabr 2026 09:42

Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb.

Gununsesi.info  xəbər verir ki, Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4.51 ABŞ dolları və ya 3.74% artaraq bir barel üçün 125.19 ABŞ dollarına çatıb.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Gununsesi.info