Ukraynalıların əksəriyyəti hesab edir ki, bu, ABŞ yardımına təsir etsə belə, Ukrayna Silahlı Qüvvələri Rusiyadakı neft emalı zavodlarına zərbə endirməlidir. Bu, Kiyev Beynəlxalq Sosiologiya İnstitutu (KIIS) tərəfindən aparılan sorğuya əsasəndir.
Gununsesi.info xəbər verir ki, araşdırmaya görə, respondentlərin 80%-i bildirib ki, ABŞ kəşfiyyat və Starlink peyk rabitə yardımını dayandırsa və ya məhdudlaşdırsa belə, Ukrayna Rusiya neft emalı zavodlarına zərbələr endirməyə davam etməlidir.
Respondentlərin daha 11%-i bildirib ki, Rusiya infrastruktur və enerji sahəsində oxşar tədbirlər görməsə belə, Ukrayna neft emalı zavodlarına hücumu dayandırmalıdır. Ukraynalıların səkkiz faizi qərarsız olub.
Maqsud










