Vətəndaş Azəriqazdan şikayətçidir.
Gununsesi.info xəbər verir ki, bu barədə vətəndaş sosial şəbəkədə paylaşım edib.
Onun sözlərinə görə, qaz sayğacından sızma olduğu üçün zəng edib. Gələn əməkdaşlar qaykanı sıxsalar da, 3–5 gün sonra sızma yenidən baş verib. Vətəndaşın sözlərinə görə, qazın yarısı evə, yarısı isə havaya gedib.
O, yenidən zəng etdikdən sonra əməkdaşların gəlib sayğaca plomb vurduqlarını, şəkil çəkdiklərini və idarəyə müraciət etməsini dediklərini bildirib.
Şikayətçi qeyd edib ki, idarədən gələn əməkdaş sayğacın zədələndiyini deyərək yenisinin quraşdırılması üçün 300–500 manat ödəməli olduğunu bildirib. Halbuki sayğacda əzilmə, əyilmə və ya qırılma yoxdur. Sızma sayğacın giriş hissəsindən baş verib.
“Yüngül xərclə bu işi necə həll edə bilərəm? Deməsəydim, özüm germetik maddə ilə sızmanı saxlaya bilərdim. Zəng edib özümü əngələ salmışam”, – deyə vətəndaş narazılığını bildirib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Günay











