Bakıda fəaliyyət göstərən Batıgöz Klinikası 5 illik yubileyini qeyd edib.
Gununesi.info xəbər verir ki, klinikanın əlamətdar yubileyi münasibətilə təşkil olunan tədbirdə tibb müəssisəsinin rəhbərliyi, həkim heyəti və əməkdaşlar iştirak ediblər.
Beş il ərzində göz sağlamlığının qorunması və oftalmoloji xidmətlərin inkişafını fəaliyyətinin əsas istiqamətlərindən birinə çevirən Batıgöz Klinikası müasir tibbi infrastrukturu, qabaqcıl texnologiyaları və peşəkar həkim heyəti ilə seçilir.
Klinikada göz xəstəliklərinin vaxtında aşkarlanması, dəqiq diaqnostikası və müalicəsi üçün müasir tibbi avadanlıqlardan istifadə olunur. İxtisaslı həkimlərin iştirakı ilə həyata keçirilən müayinələr və müalicə prosedurları pasiyentlərə keyfiyyətli tibbi xidmət göstərilməsinə imkan yaradır.
Oftalmologiyanın müxtəlif istiqamətlərini əhatə edən klinika göz sağlamlığının qorunması, görmə problemlərinin aradan qaldırılması və pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərir.
Beş illik yubiley təkcə klinikanın fəaliyyət tarixində növbəti mərhələ deyil, həm də bu müddət ərzində formalaşan peşəkar komandanın əməyinə, tibbi xidmətə və pasiyent etimadına verilən dəyərin ifadəsidir.
Batıgöz Klinikasının kollektivi üçün əlamətdar olan bu yubiley gələcək fəaliyyətə yeni hədəflər və daha böyük uğurlar üçün stimul kimi qiymətləndirilir.
Firuzə Mahmudova












