Gənclərin ailə qurmağa marağı azalır -Deputat

  • Müəllif: Firuzə
  • 13 Noyabr 2026 13:52

“Son vaxtlar Azərbaycan cəmiyyətində boşanmaların sayı sürətlə artır. Gənclərin ailə qurmağa marağı azalır. Hesab edirəm ki, bununla bağlı ailələrə əlavə dəstək mexanizmi barədə düşünməliyik”.

Gununesi.info  xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.

“Digər narahatedici məsələ uşaqların qidalanması ilə bağlıdır. Bununla bağlı müəyyən addımların atılmasına və proqramların hazırlanmasına ehtiyac var”, -deyə deputat bildirib.

Gununesi.info