Paşinyan indi də Kambocaya gedir

  • Müəllif: Orxan
  • 14 Noyabr 2026 12:09

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 14-16-da Kamboca Krallığında işgüzar səfərdə olacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində Paşinyan paytaxt Pnompendə Beynəlxalq Frankofoniya Təşkilatının 20-ci sammitində iştirak edəcək.

Bundan əlavə, Ermənistan baş nazirinin səfər zamanı xarici ölkələrin həmkarları ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.

Gununsesi.info