Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb edilib.
Gununsesi.info Qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib.
32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb. Həmin vaxt oğlan xaricdə olsa da, nişanlısı ilə telefonla danışıb. Dediyinə görə, qızın yetkinlik yaşına çatmadığından xəbəri olmayıb. Emin qardaşı Naib vasitəsilə Ayşənlə (şərti) tanış olub. Naib də elə Eminin nişanlısının bacısı ilə evlənmək üzrə olub.
Lakin sonradan iki qardaş və ana birləşib Ayşəni qaçırmaq qərarına gəliblər. Onlar qızı yolun kənarında zorla maşına oturdub Gədəbəydən Tovuza aparıblar.










