Bakıda tələbə qız yataqxanada ölü tapıldı

  • Müəllif: Firuzə
  • 14 Noyabr 2026 20:40

Bakıda tələbə qız qəfil vəfat edib.

Gununsesi.info Oxu.Az-a istinadla xəbər verir ki, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib.

Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb.

Məlumata görə, onun meyitini birlikdə yaşadığı bacısı aşkarlayıb. Tələbənin ölüm səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info