ABŞ Prezidenti Donald Tramp “İstəklilər koalisiyası”na üzv ölkələrin Ukraynaya əlavə milyardlarla dollar yardım ayırması məsələsinə skeptik yanaşıb.
Gununesi.info xəbər verir ki, Amerika lideri Berlində keçirilən koalisiya iclasına telefon vasitəsilə qoşulub.
Bildirilir ki, Tramp görüş zamanı Ukraynaya əlavə hərbi dəstək üçün böyük məbləğdə vəsait ayrılması ilə bağlı narazılığını ifadə edib.
Nəşr Amerika Prezidentinin mövqeyinin koalisiya üzvlərinin gələcək yardım planlarına necə təsir göstərə biləcəyi barədə əlavə məlumat açıqlamayıb.











