Almaniya Kansleri Fridrix Merz Ukrayna münaqişəsinin nizamlanmasında irəliləyiş əldə olunacağı təqdirdə Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğv edilə biləcəyini bildirib.
Gununesi.info xəbər verir ki, Merz bu barədə Berlində Ukrayna üzrə “İstəklilər koalisiyası”nın görüşünün yekunlarına dair mətbuat konfransında danışıb.
“Məqsədimiz suveren Ukraynanın təhlükəsiz Avropada mövcudluğunu təmin etmək olub və belə də qalır. Ərazi məsələləri üzrə qarşılıqlı anlaşma üçün başlanğıc nöqtəsi təmas xətti olmalıdır”, – deyə kansler vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna Avropaya inteqrasiya yolunu davam etdirmək və ölkənin bərpası üçün beynəlxalq yardıma arxalanmaq imkanına malik olmalıdır.
“Bunun müqabilində müəyyən şərtlər əsasında Rusiyaya qarşı sanksiyaların tədricən ləğvi mümkündür”, – Merz bildirib.
Kansler xatırladıb ki, Ukrayna münaqişəsinin mümkün nizamlanması üzrə danışıqlarda Avropanı Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Fransadan ibarət “Avropa beşliyi”, eləcə də Avropa İttifaqının institutları təmsil edəcək.
Merz həmçinin cümə axşamı axşam saatlarında Berlində Avropa ölkələri, ABŞ və Ukrayna nümayəndələrinin müşavirləri səviyyəsində görüş keçiriləcəyini açıqlayıb.











