Almaniyanın müdafiə naziri Boris Pistorius alman qoşunlarının yerləşdirilməsi məsələsini müzakirə etməkdən imtina edərək, bunun yalnız atəşkəsdən sonra edilməli olduğunu bildirib.
Gununsesi.info nazirin sözlərinə görə, bu məsələ müzakirə olunmazdan əvvəl atışma dayandırılmalıdır.
“Atışma dayandırılmadan və atəşkəs danışıqları başlamazdan əvvəl, mənim fikrimcə, hər hansı bir variant barədə danışmaq yenə də ağılsızlıq olardı”, – deyə o qeyd edib.
Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın Ukraynada hərbi bazalar yerləşdirmək istədiyini açıqlamışdı.
Maqsud











