Ağdamda əkin sahəsində yanğın törədən şəxs saxlanıldı

  • Müəllif: Günel
  • 23 Avqust 2025 19:50

Avqust ayının 23-də Ağdam rayonunun Əfətli kəndinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Gununsesi.info xəbər verir ki, məlumatı DİN-in Mətbuat Xidməti yayıb.

Belə ki, yanğını 64 yaşlı Nuşrəvan Əliyevin törətdiyi məlum olub. Hadisə nəticəsində 1 hektar ərazidə ərazidə quru ot və kol-kos yanıb.

Həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Gununsesi.info