Qəbiristanlıqlarda yanğına səbəb olan şəxslər saxlanılıblar

  • Müəllif: Admin08
  • 03 Sentyabr 2025 09:56

Sentyabrın 1-2 tarixlərində Qazax və Tovuz rayonlarındakı qəbiristanlıqlarda yanğın törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, bildirilib ki, 24 yaşlı Qazax rayon sakini Məhəmmədəli İsmayılovun və 39 yaşlı Elsevər Umarovun ocaqla ehtiyatsız davranması nəticəsində sözügedən qəbiristanlıqlarda 8 sot və 0.3 ha ərazi yanıb.

Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbir görülüb.