Abdullah Ağardan Zəngəzur AÇIQLAMASI: “Ermənistan bu sözünü tutarsa, məsələ həll olunar” – VİDEO

  • By admin
  • 29 Dekabr 2023 14:07

“Biz Ermənistana düşmənlik etmədik. Düşmənlik etmək zorunda qaldıq. Nə üçün? O bizə düşmənlik etdiyi üçün… Vətənimizdə, torpağımızda gözü olduğu üçün”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar “Sözlü Adam” YouTube kanalına müsahibəsində bildirib.

Abdullah Ağar müsahibəsində Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişindən də danışıb. “Sülh sazişi Azərbaycanla Ermənistan arasında həll edilə bilən bir məsələ olsa, asan olar. Amma o qədər bəsit deyil. Sülh sazişinin haqqaniyyətli qismi bu haqqın sahibinə, yəni Azərbaycana geri dönməsidir”, – deyə bildirib.

Müsahibəyə aşağıdakı videogörüntülərdə baxa bilərsiniz:

Gununsesi.info