ABŞ-da 43 günlük hökumət bağlanmasına son qoyuldu

ABŞ Prezidenti Donald Tramp müvəqqəti hökumət maliyyələşdirməsi haqqında qanun layihəsini imzalayaraq ölkədəki ən uzun müddətli hökumət bağlanmasına son qoyub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, qanun Konqres tərəfindən təsdiqlənib və federal agentliklərin 30 yanvar 2026-cı ilə qədər maliyyələşməsini təmin edir.

43 günlük bağlanma Respublikaçılar və Demokratlar arasında Əlverişli Qayğı Qanunu (Obamacare) subsidiyalarının uzadılmaması ilə bağlı qarşıdurmanın nəticəsi olub. Hökumət işçilərinin təxminən 700.000-i məzuniyyətə göndərilmiş, bəziləri ixtisar bildirişi almış, SNAP proqramı isə müvəqqəti dayandırılmışdı.

Tramp imza mərasimində seçiciləri növbəti seçkilərdə bağlanmanı unutmamağa çağırıb, lakin əsas məsələnin hələ həll olunmadığını qeyd edib.

 

Şəbnəm

Gununsesi.info