ABŞ-ın Azərbaycandakı və Ermənistandakı səfirlikləri Amerika vətəndaşlarına səyahət tövsiyələri verdilər

  • By admin
  • 26 Sentyabr 2020 10:03

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı və Ermənistandakı səfirlikləri ABŞ vətəndaşlarını Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması səbəbilə öz səyahət planlarında ehtiyatlı olmağa çağırır.

ABŞ-ın Bakıdakı elçiyili öz vətəndaşlarına Abşeron yarımadasından kənar bölgələrə zəruri olmayan bütün səfərlərini təxirə salmağa çağırıb.

Ermənistandakı ABŞ səfirliyi Amerika vətəndaşlarına Azərbaycanla həmsərhəd Tavuş vilayətindən və Dağlıq Qarabağdan uzaq durmağa çağırır.

“Dağlıq Qarabağ regionuna səyahət etməyin,” səfirliyin tövsiyəsində bildirilir.

Ermənistandakı ABŞ vətəndaşlarına M4 və M16 magistral yollarından şərqdəki əraziyə getməmək də tövsiyə olunur.

Sentyabrın 25-də ABŞ-ın Azərbaycandakı səfirliyinin vebsaytında yerləşdirilən xəbərdarlıqda bildirilib ki, ABŞ-ın Bakıdakı səfirliyi işçilərinə və onların ailə üzlvərinə Abşerondan kənara çıxmamağa dair göstəriş verib.

“ABŞ vətəndaşlarını istənilən yeniliklərlə bağlı yerli xəbərləri izləməyə davam etməyə çağırırıq. ABŞ səfirliyi ABŞ vətəndaşlarına ictimai məkanlarda ehtiyat nümayiş etdirməyi və baş verə biləcək hər hansı ictimai nümayişlərdən uzaq durmağı tövsiyə edir. Səfirlik təhlükəsizlik vəziyyətini izləməyə davam edəcək və lazım gəldikcə əlavə informasiya paylaşacaq” – məlumatda bildirilir.

Gununsesi.info