Peyk görüntülərinə əsasən, İranın cavab zərbələri nəticəsində ABŞ və onun Yaxın Şərqdəki müttəfiqlərinə məxsus ən azı 10 radar qurğusu zərər görüb.
Bu barədə “ABC News” məlumat yayıb.
Bildirilib ki, İran və dəstəklədiyi qruplar ABŞ-nin erkən xəbərdarlıq sistemlərinin əsasını təşkil edən raketdən müdafiə infrastrukturunu hədəf alıb.
Gununsesi.info bildirir ki, siyasi şərhçi Məhəmməd Əsədullazadə hesab edir ki, Çinin yeni radar sistemləri ABŞ F35 görə bilir və HHM sistemi buna uyğunlaşdırılıb:
“Çin son dörd ay ərzində İrana radar sistemi və HHM tədarük etmişdi. İranda ABŞ və Çin arasında geosiyasi toqquşma olduğu şübhəsizdir. Məhz Hörmüz boğazının bağlı qalması və İranda rejimi dəyişə bilmədiyi üçün D. Tramp aprelin 1- nə planlaşdırılan Çin səfərini təxirə saldı. Halbuki, Çinə qalib kimi getməyi və əlavə güzəştlər tələb edəcəyi istisna deyildi.
ABŞ-ın F35 Qırıcı təyyarəsini İran deyil, Çinin vurduğunu demək olar. Bu, ABŞ-ın İranla bağlı sərt qərarlar verməsinə gətirib çıxaracaq. ABŞ İranda rejimi tam iflic vəziyyətinə gətirib çıxarana kimi geri çəkilə bilməz. Geri çəkilmək, Çinin qalib olması deməkdir”.
Afət








