ABŞ kəşfiyyat təyyarəsi Azərbaycan sərhədində

  • By admin
  • 05 Dekabr 2021 13:54

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsi Krım sahillərində qeydə alınıb.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu barədə “PlaneRadar” məlumat yayıb.

“ABŞ Hərbi Hava Qüvvələrinin “Boeing RC-135V Rivet Joint” radioelektron kəşfiyyat təyyarəsi Krit adasının Suda aviabazasından qalxaraq Rusiyanın Qara dəniz sahilləri boyunca kəşfiyyat uçuşları aparıb”, – məlumatda qeyd olunub.

Bildirilib ki, daha sonra kəşfiyyat təyyarəsi Gürcüstanın hava məkanında Ermənistan və Azərbaycan sərhədi boyunca uçub.

Gununsesi.info