ABŞ Ali Məhkəməsi Rusiyanın Sberbank-ın 2014-cü ildə Malaysia Airlines-a məxsus MH17 reysinin vurulması ilə bağlı ABŞ antiterror qanunu çərçivəsində qaldırdığı vəsatətini rədd edib.
Beləliklə, bank məhkəmə çəkişmələrindən yayına bilməyib.
MH17 reysində həlak olan 18 yaşlı ABŞ vətəndaşı Quinn Shansman-ın ailəsi Patriot Aktı çərçivəsində Sberbankdan təzminat tələb edir.
Daha əvvəl Nyu Yorkdakı Apellyasiya Məhkəməsi bankın suveren toxunulmazlıq iddiasını rədd etmiş və Sberbankın ABŞ maliyyə sistemindən rusiyayönlü qruplaşmaya vəsait köçürdüyünü təsdiqləmişdi.
2014-cü il iyulun 17-də Amsterdamdan Kuala-Lumpura uçan Boeing 777 təyyarəsi Donbas ərazisi üzərində raketlə vurulub, təyyarədəki 298 nəfərin hamısı həlak olub. Moskva faciədə əli olduğunu inkar edir, Ukrayna isə “DXR”i terror təşkilatı kimi tanıyıb və ABŞ ona qarşı sanksiyalar tətbiq edib.
Günay













