“ABŞ-nin İrana qarşı hücumu beynəlxalq hüquqa ziddir” -ŞƏRH

“ABŞ İran qarşı hərbi əməliyyatlarını 2003-cü il də İraqa qarşı hücum etdiyi kimi eyni ssenarisini tətbiq edir”.

Gununsesi.info  bildirir ki, bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:

“Havadan hərbi-siyasi mərkəzlər vurulur və quru qoşunları daxil olur.

ABŞ İranla quru döyüşlərində məğlub olması qaçılmazdır. İranın ABŞ qoşunlarına qarşı müqaviməti güclü olmasi istisna deyil. Bu, D. Trampa kifayət qədər problemlər yaradar. Ona görə də D. Tramp İrana canlı qoşun yeritməsi gözlənilmir”.

Siyasi şərhçi qeyd edib ki, ABŞ-ın İrana qarşı hücumu beynəlxalq hüquqa ziddir. Bir ölkənin suverenliyi və təhlükəsizliyinin pozulmasıdır.

“Hərbi güc yolu öz şərtlərini diktə edilməsi 21-ci əsrdə davam edir. Eyni proses birinci və ikinci dünya müharibəsinin başlanmasına gətirib çıxarmışdı”.

 

 

Şəbnəm

Gununsesi.info