ABŞ qırıcısı İran tankerlərinə zərbə endirdi

  • Müəllif: Firuzə
  • 08 May 2026 21:25

ABŞ ordusu Oman körfəzindəki limanlara girməyə çalışan İrana məxsus neft tankerlərini sıradan çıxarıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, 8 mayda ABŞ qüvvələri Oman körfəzindəki İran limanına girməzdən əvvəl “Sea Star III” və “Sevda” tankerlərini sıradan çıxarıb:

“USS Corc Buş” təyyarədaşıyan gəmisindən “F/A-18 Super Hornet” qırıcısı hər iki tankerə dəqiq zərbələr endirərək, qaydanı pozan gəmilərin İran sularına daxil olmasının qarşısını alıb”.

CENTCOM həmçinin 6 mayda ABŞ qüvvələrinin İranın “Hasna” tankerini sıradan çıxardığını xatırladıb.

Gununsesi.info